“Bütün belçikalı futbolçulara güvənirik”

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatının 1/8 finalında Fransa ilə oyundan gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, 39 yaşlı çalışdırıcı komandanın əsas planının rəqibin oyununa uyğunlaşmaq olduğunu bildirib:

“Biz bütün belçikalı futbolçulara güvənirik. Yeganə problem odur ki, meydana cəmi 11 oyunçu çıxara bilirik. Məşqlərdə daha çox şey var və ehtiyat oyunçular skamyasında kimin olacağına qərar vermək çətin məsələdir. Çünki hazırlıqlarda hər kəs fantastik işləyir və hər birinin özünəməxsus xüsusiyyətləri var”.

Həmin kateqoriyadan