“Bütün diqqətimizi qrupda qalan iki matça yönəltməliyik”

Serbiya millisinin hücumçusu Duşan Vlahoviç Avro-2024-ün 1-ci turunun matçında İngiltərəyə məğlubiyyəti (0:1) şərh edib.

Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Bizə qarşı turnirin favoritlərindən biri var idi. İlk hissədə çox çətin oldu, rəqibə qarşı həddindən artıq hörmətlə oynadıq. İngiltərə qalib gəlməyə layiq idi, nəticələri öz sözünü deyən güclü komandadır.

Bununla belə, ikinci hissədə belə rəqiblə bərabərhüquqlu oynaya biləcəyimizi göstərdik. Fasilədən sonra bir az rahatlaşdıq, qol vura bilərdik, amma nəticə ədalətli oldu. İndi bütün diqqətimizi qrupda qalan iki matça yönəltməliyik”.

Həmin kateqoriyadan