- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0
«Qurban Qurbanovun millinin baş məşqçi olmasına sevindim. AFFA dogru seçim etdi. Düzdür, nəticəni hələ zaman göstərəcək. Amma Qurban müəllimin uğuruna inanıram».
Bunu «Qəbələ» – «Səbail» görüşündən sonra, allsport.az saytına açıqlamasında «Qəbələ»nin və milllinin futbolçusu Cavid Hüseynov dedi. Onun sözünə görə, «Qarabağ»ın baş məşqçisi özünü çoxdan sübut edib:
«İndi baş məşqçimiz yerli mütəxəssisidir. Hamımız məsuliyyəti ikiqat artırmalıyıq. Kim oynadı-oynamadı, hamı əl-ələ verib Qurban müəlllimə dəstək olmalıdır. Yumruq kimi bir olduqda, istəyimizə çata bilərik».