- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 32-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabı ilə bitən matçdan sonra bunu söyləyib:
“Uşaqlar il boyu əziyyət çəkiblər. Çətin oyunlarımız çox oldu. Futbolçular sonadək düzgün mübarizə apardılar, hər oyunda nəticə qazanmağa çalışdılar və sonda bu çempionluğu təmin etdilər. Bütün futbolçularımızı bu çempionluq münasibətilə təbrik edirəm.
Mövsüm ərzində tempi qorumağa çalışdıq. Hər zaman oyunumuzu daha da yaxşılaşdırmağın lazım olduğunu bildirirdim. “Zirə”yə uğurlar arzulayıram. Səhv etmirəmsə, bu, onların doğma meydanda ilk məğlubiyyətidir. Bu, rəqib komandanın gücündən xəbər verir. Bütün qarabağlıları çempionluq münasibətilə təbrik edirəm”.