- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf premyer liqanın 19-cu turunda “Sabah”a qarşı keçirdikləri oyun haqda (0:2) fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Oyuna çox pis başladıq. İkinci qolda da səhvimiz oldu. Oyundan öncə “Sabah”ın hücumda oynayan futbolçuları barədə söhbət etmişdik. Kiçik şansımız oldu, lakin yararlana bilmədik. Bundan sonra oyun bizim üçün bitmişdi. Təlim-məşq toplanışında çoxlu problemlərimiz oldu. Bu, zədəli oyunçularla bağlı idi. Çalışırıq ki, yeni oyunçular komandaya adaptasiya olsunlar. Onlar bizə gec qoşuldular. Bütün komanda ilə məşq etməyə bizim çox vaxtımız olmayıb.
Hər iki komanda çalışdı ki, mübarizə aparsın. Penalti olduqdan sonra oyuna qayıtmaq çətin olur. Bu, sanki hədiyyədir. Rəqib evdə oynayırdı. Düşünürəm ki, hər iki komanda yaxşı oynadı. “Sabah” evdə oynadığı üçün qələbə qazanmaq istəyirdi. Biz də qələbə qazanmaq istəyirdik”.