“Bütün məsuliyyət mənim üzərimdədir”

Millinin baş məşqçisi Fernandu Santuş UEFA millətlər liqasında İsveçə qarşı keçirdikləri oyundan (0:6) sonra jurnalistlərin suallarını cavablandırıb.

Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb:

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin hücumda iki güclü futbolçusu olduğunu bilirdik. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Oyuna yaxşı başlamadıq, tez qol buraxdıq. Sonradan vəziyyəti dəyişə bilmədik. Biz də hücumda iki sürətli futbolçuya şans vermişdik. Həm strategiya, həm də futbolçular mən tərəfdən seçilib. Bütün məsuliyyət mənim üzərimdədir. Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır. Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq. İnanıram ki, nəyisə dəyişmək olar. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram. Komanda üçün hər zaman əlimdən gələni edirəm”.

Həmin kateqoriyadan