“Bütün matçlara eyni hazırlaşır, köklənirəm”

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sumqayıt”ı məğlub edib – 3:2.

Allsport.az xəbər verir ki, oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalan “Neftçi”nin hücumçusu Yeqor Boqomolski klubun televiziyasına görüşlə bağlı fikirlərini bölüşüb:

“Gərgin oyun oldu. 15 dəqiqədən sonra oyuna nəzarəti ələ aldıq və üç qol vurduq. Birinci hissədə oyun xeyrimizə idi. Ancaq fasilədən sonra üstünlüyü rəqibə verdik. Buna baxmayaraq, qələbə bizimlə oldu”.

Boqomolski kubokdakı şanslarından da söz açıb:

“Qələbə qazanmışıq və imkanlarımız var. Bütün matçlarda belə oynasaq, qələbələr gələcək. Kubokda daha çox qol vururam, niyə belə olduğunu bilmirəm. Bütün matçlara eyni hazırlaşır, köklənirəm. Kubokda çox fərqlənməyimin səbəbini bilmirəm”.

Həmin kateqoriyadan