- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Sabah”ın baş məşqçisi Murad Musayev premyer liqanın 19-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu (2:0) şərh edib. Allsport.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Qələbə qazandığımız üçün şadıq. Ən çox da oyunun məzmununa görə sevincliyik. 90 dəqiqə boyunca cəsur və aqressiv futbol oynadıq. Biz bütün rəqiblərə qalib gələ bilərik. Ötən mövsüm buraxdığımız səhvlər ucbatından çoxlu xal itkiləri ilə üzləşmişdik.
İstərdik ki, bir transfer edək. O, komandadakı oyunçulardan da yaxşı olmalıdır. Hazırda çox transferə ehtiyac duymuruq. Oyunçular bizi çox yaxşı başa düşürlər. Heç vaxt fikirləşmirik ki, udacağıq, yoxsa udmayacağıq. Məni daha çox keyfiyyət narahat edir. Pressinq, sürətli keçidlər vasitəsilə daha çox uğur əldə etmək olar.
Antalyada olan təlim-məşq toplanışı zamanı vaxtımız az oldu. Ümumən intizamlı iş gördük. Amma müəyyən məqamları qaydasına salmaq üçün vaxtımız çox çatmadı. Bu, hələ ilk oyundur. Sakit olmaq lazımdır. Əlbəttə, bu, psixologiyadan da asılıdır. İkinci hissədə rəqibin qol fürsəti ilə bərabər, bizim də qol vurmaq üçün imkanlarımız oldu”.