- Baxış sayı: 34
- 25 Dekabr 2024 21:53
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
“Finala çıxmağa ümidim vardı. Azərbaycanda çempion olmaq istəyirdim. Bu dəfə alınmadı. İnşallah, hələ qızıl medallar qazanacağam”. Allsport.az saytı xəbər verir ki, 1-ci Avropa Oyunlarında sərbəst güləş yarışında Azərbaycana bürünc medal qazandıran Cəbrayıl Həsənov (74 kq) deyib.
Onun sözünə görə, o, finalda Rusiya idmançısı ilə görüşərək Avropa çempionatının revanşını almaq istəyirmiş: “Finalda rus idmançısı ilə görüşmək istəyirdim. Onunla ötən il Avropa çempionatının finalında görüşmüşdüm. Onunla yenidən görüşmək, revanş almaq istəyirdim. Nədənsə qismət olmadı. İnşallah, gələn yarışlarda daha yaxşı hazırlaşıb yaxşı nəticələr əldə edərəm”.
O, yarımfinalda Türkiyə təmsilçisinə məğlub olmasının səbəbini də açıqlayıb: “Türk idmançısını bundan əvvəl 3 dəfə görüşüb, udmuşdum. Bir ay əvvəl Dünya Kubokunda məğlub etmişdim. Amma bu dəfə kiçik bir səhv uğursuzluğa gətirib çıxardı. Çalışacağam, belə səhvlərə yol verməyim”.
Avropa Oyunlarının üçüncüsü qeyd edib ki, bundan sonra qarşıdan gələn dünya çempionatına hazırlaşacaq: “Dünya çempionatında uğurlu çıxış edib, lisenziya qazanıb Olimpiya Oyunlarında çıxış etmək istəyirəm”.