- Baxış sayı: 20
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeyt cəngavər adına layiq görülüb.
Allsport.az xəbər verir ki, 2016-2024-cü illərdə yığmaya rəhbərlik edən 54 yaşlı mütəxəssis “Vindzor” qəsrindəki xüsusi mərasimdə şahzadə Uilyam tərəfindən cəngavər rütbəsi alıb.
Sautqeytin rəhbərliyi altında İngiltərə komandası iki dəfə Avropa çempionatında ikinci olub, həmçinin 2018 dünya çempionatında dördüncü olub.
Sautqeyt İngiltərə komandasının tarixində cəngavər rütbəsi alan dördüncü futbol məşqçisidir. Ondan əvvəl yalnız Valter Vinterbottom, Alf Ramsi və Bobbi Robson belə bir şərəfə layiq görülüb..