- Baxış sayı: 31
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Çinin “Hançjou Qrintaun” klubunda çıxış edən Dino Ndlovu “Qarabağ”da oynayarkən çempionlar çiqasının pley-off mərhələsində Danirmarkada “Kopenhagen”ə qalib gəldikləri oyundan danışıb. Allsport.az “Germiston City News” nəşrinə istinadla xəbər verir ki, 30 yaşlı cənubi afrikalı hücumçu vurduğu tarixi qol barədə danışıb:
“Ağdamın “Qarabağ” klubunu dünyaya tanıtdırmaq istəyirdik. İlk hissə bizim bir komanda olaraq ən pis oyunumuz idi. Baş məşqçimiz dedi ki, “Kopenhagen” 2-ci hissəni hücumda keçirəcək və bizim 1-2 fürsətimiz olacaq. İkinci hissənin startından 6 dəqiqə sonra qol vurdum”.
“Qarabağ” 2017-ci ildə çempionlar liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdırmaqla turnirin qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.