- Baxış sayı: 32
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində AFFA tərəfindən inşa olunmuş süni örtüklü futbol meydançasında “Cəsur ürəklər” layihəsi çərçivəsində turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, Füzuli, “Lokomotiv” (Beyləqan), İmişli, Zobucuq, Cocuq Mərcanlı, Böyük Bəhmənli və Araz Yağlıvənd komandalarının iştirak etdiyi turnirin qalib İmişli komandası olub. İkinci və üçüncü yeri müvafiq olaraq Zobucuq və “Lokomotiv” komandaları tutub.
Qalib gələn komandalara AFFA tərəfindən kubok, medal və idman ləvazimatları hədiyyə edilib. Həmçinin layihə çərçivəsində Cocuq Mərcanlı qəsəbəsində yaşayan ailələr üçün UNİCEF tərəfindən “Uşaqlarda davranış problemləri” adlı treninq keçirilib. Treninq çərçivəsində valideynlərlə davranış problemləri barədə interaktiv şəkildə müzakirələr aparılıb, yarana biləcək fəsadlar və onların aradan qaldırılması haqda məlumat verilib.
Qeyd edək ki, AFFA-nın ötən ilin sonlarında irəli sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA-nın uşaq fondu tərəfindən təsdiq olunub.