- Baxış sayı: 26
- 25 Noyabr 2024 12:11
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Premyer liqanın 18-ci turunda “Turan Tovuz” evdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:
“Dünən üzücü bir hadisə oldu. Şükür Allaha itkisiz, xəsarətsiz oldu. Hər işdə bir xeyir var. Çətin komandaya qarşı oynayırdıq. “Araz-Naxçıvan” həm turnir cədvəlində, həm də son oyunlarda sərgilədiyi oyunla özündən söz etdirə bilib. Ağır qrafikdə idik. Təəssüf ki, son oyunda kubokda məğlub olduq. Ondan öncə qələbə qazanmışdıq. Çempionatda ardıcıl ikinci qələbəmizdir. Futbolçularımdan razıyam. Dünən göstərdikləri performans, bu gün cətin də olsa oyuna köklənə bildilər. Qış fasiləsinə qədər sevindirici o oldu ki, bir pillə yuxarı qalxa bildik. Üst pillələrdən çox qopmadıq.
Qış təlim-məşq toplanışını yaxşı keçməliyik. Çünki üçüncü və dördüncü dövrə bundan da ağır keçəcək. Əsas məqsədlərimizdən biri klub olmaqdır, inkişaf etməkdir, futbolçuları qazanmaq, oyun sistemimizi yaxşılaşdırmaqdır. Ötən mövsümlə müqayisə etsək keçən il 17 xal toplamışdıq və altıncı pillədə bitirmişdik. Bu il 22 xal yığmışıq görürük ki, yeddinci pillədəyik. Görürük ki, çempionat nə qədər gərgin keçir. Davam etməliyik. Futbolçlara da qışdan sonra bundan yaxşı olmalıyıq dedim”.