- Baxış sayı: 85
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Premyer liqanın 18-ci turunda “Neftçi” evdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, bakılıların köməkçi məşqçisi Sənan Qurbanov oyun haqda danışıb:
“Maraqlı oyun alındı. Matça hər iki komanda ciddi hazırlaşmışdıq. Üç xal hər iki komanda üçün vacibdir. Futbolçuları yeni ilə pozitiv başlamaq üçün bu oyunun vacibliyini çatdırdıq. Çətin olsa da, qalib gəldik. Yeni ildə bu qələbənin yaxşı təsir edəcəyini düşünürəm. Futbolçuları təbrik edirəm”.