“Çətin oyun olacağını bilirdik”

Argentina yığmasının kapitanı Lionel Messi 2024-cü il kubokunun açılış matçında Kanada üzərində qələbəni (2:0) şərh edib.

Allsport.az xəbər verir ki, bu barədə o, komandanın mətbuat xidmətinə açıqlama verib:

“Çətin oyun olacağını bilirdik. İlk yarıda boş yer az idi. Xoşbəxtlikdən ikinci hissədə tez qol vurduq, amma buna baxmayaraq, çətin oldu.

Topu idarə etmək və onu bir tərəfdən digər tərəfə keçirmək üçün səbrimiz var. Əksər rəqiblər bizə qarşı fərqli oynayırlar, nəzarəti bizdə saxlamalıyıq”.

Həmin kateqoriyadan