“Çətin oyun olacaq, amma mərhələni keçməyə çalışacağıq”

“Bir ilə yaxındır ki, buradayam. Həmişə eyni üslubda çıxış etmişik və buna sadiq qalmışıq. Mənim əsas məqsədim komandanın inkişafıdır. Biz daha çox çalışmalıyıq ki, komanda inkişaf etsin. Son qarşılaşmada 2 qol buraxdıq. Göstərdiyimiz oyun hesabda özünü əks etdirmədi. Bəlkə də ən yaxşı matçlarımızdan birini göstərdik”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Marsel”in baş məşqçisi Xorxe Sampaoli konfrans liqasının 1/16 dinalında “Qarabağ”la cavab oyunundan öncə deyib. Argentinalı mütəxəssis sıx qrafikin onların işinin çətinləşdirdiyini etiraf edib:
 
“Futbolçuların yorğunluğunu başa düşürəm. Amma buna baxmayaraq, ən yaxşı futbolçulara güvənəcəyəm. Çətin oyun olacaq, amma mərhələni keçməyə çalışacağıq.  
“Qarabağ”ın heyətində yığmanın bir neçə oyunçusu var. Onlara qarşı hansısa tədbirlər görməyə çalışacağıq”.
 
Bu gün Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 21:45-də başlayacaq. Fransada ilk oyunda rəqib 3:1 qalib gəlib.

Həmin kateqoriyadan