“Çətin oyun oldu“

Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 8-ci turunun “Zirə”(1:0) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında oyun barəsində danışıb:

“Çətin oyun oldu. “Zirə” əbəs yerə bu Premyer Liqada lider deyil. Məğlub da ola bilərdik. Sona qədər mübarizə apardıq, səbirlə müdafiə olunduq və lazım olan qolu vurduq.
Futbolçularla həm fərdi, həm də kollektiv şəkildə mütəmadi söhbətlər edirik, eyforiyaya qapılmaqdan söhbət gedə bilməz. Arxada qalan 8 oyun ərzində “Sumqayıt”la qarşılaşmanın ilk hissəsində rəqibə uduzduq. Qalan matçlarda uşaqlar yaxşı çıxış etdilər, mübarizə apardılar”.

Həmin kateqoriyadan