- Baxış sayı: 37
- 26 İyul 2024 15:26
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Xorvatiyanın Poreç şəhərində gənc boksçuların Avropa birinciliyində Bilalhəbaşi Nəzərov (48 kq) qalib olub. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında qarşılanmada o sevincini KİV ilə bölüşüb:
“4 döyüşün hər birində inamlı qələbə qazandım. Qarşıda bizi dünya birinciliyi gözləyir. Çalışacağam ki, qitə birinciliyində yiyələndiyim uğuru orada da təkrarlayım”.