- Baxış sayı: 10
- 27 Noyabr 2024 23:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Sumqayıt” klubu yeni mövsümə hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Nazim Süleymanov toplanışın ilk mərhələsi ilə bağlı açıqlama verib:
“Yeni mövsümün hazırlıqlarına 29-30 iyun tarixlərində dənizdə kross qaçışı ilə başladıq. İyulun 1-dən etibarən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında toplu çalışmalara start verərək məşqləri davam etdiririk. Hazırlıqlara həm əvəzedici komandadan dəvət olunmuş futbolçular, həm də baxışda olanlar qatılıblar.
Hələ ki, həmin futbolçuları gözdən keçiririk. İyulun 15-nə kimi toplanışın ilk mərhələsi davam edəcək. Bu mərhələdə iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblərdən biri “Sabah” olacaq. İkinci oyun üçün isə axtarışlarımız davam edir. “Sabah”la iyulun 11-də üz-üzə gələcəyik. 14-də qarşılaşacağımız rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək. İkinci yoxlama oyunundan sonra hazırlığın 1-ci mərhələsi başa çatacaq.
2-günlük istirahətin ardından iyulun 16-sı Türkiyənin Bolu şəhərinə yola düşəcəyik. Orada hazırlığın 2-ci mərhələsi üçün təlim-məşq toplanışına start verəcəyik. Qonşu ölkədə olduğumuz müddətdə 4 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Çalışacağıq ki, toplanışın sonuna qədər komandanı çempionata hazır vəziyyətə gətirək”.