- Baxış sayı: 18
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Bu gün premyer liqanın son turunda “Kəpəz” səfərdə “Turan Tovuz”a 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Adil Şükürov məğlubiyyətə aydınlıq gətirib:
“İlk növbədə Gəncədən bura gələn, ümumiyyətlə bütün “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm. Tovuz fanatlarına da minnətdaram ki, sonda adımı çəkib dəstək verdilər. Çalışdıq ki, gücümüz çatan qədər oynayaq. Böyük itkilərimiz var idi. Heyətimizdən bir çox futbolçular oynamırdı.
Bizi sevindirən məqam odur ki, onların yerinə çıxanlar verilən tapşırıqları bacardıqları qədər yerinə yetirməyə çalışdılar. Bu da bizi çox sevindirir. Digər məqam meydana çıxan 2 gənc futbolçumuz ilə bağlıdı.
Ümid Səmədov və Fərid Kələntərova çox ümidliyəm. Onlar meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Gələcək karyeralarında uğurlar arzulayıram”.