- Baxış sayı: 39
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Neftçi” Antalyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, təmsilçimizin futbolçusu Azər Salahlı hazırlığı dəyərləndirib. O, məşq prosesi barədə danışıb:
“2 oyuna qapımızda 3 qol görməyimiz yaxşı hal deyil. Çalışırıq ki, müdafiədəki səhvləri aradan qaldıraq. “Sabah”la oyuna maksimum hazır olmağa çalışırıq. “Neftçi” kimi Azərbaycanın ən köklü klubunun kapitanı kimi meydana çıxmaq mənim üçün fəxrdi. Ümid edirəm ki, bunu doğruldaram. Son yoxlama matçımız qalıb. Premyer-liqaya maksimum hazırlaşmağa çalışırıq”.