- Baxış sayı: 19
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Türkiyə millisinin və “İnter” klubunun yarımmüdafiəçisi Xaqan Çalxanoğlu Milan klubu ilə müqaviləsini 2027-ci ilə qədər uzadacaq.
Allspport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Çalxanoğlu 2027-ci ilin yayına kimi hesablanacaq yeni müqavilənin bütün detalları ilə bağlı klubla razılaşıb. Futbolçunun özü də “İnter”də qalacağını təsdiqləyib.
“Prinsipdə razılıq əldə olunub, çox şadam ki, burada oynamağa davam edəcəyəm”, – deyə Xaqan bildirib.
Çalxanoğlu bu mövsüm “İnter”in heyətində “A” seriyasında 31 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.