Canluka Sansone: Startda və ya sonradan meydana daxil olmağın mənə fərqi yoxdur

“Neftçi”də debüt etməklə Azərbaycan milli çempionatlarında ilk italiyalı kimi tarixə Canluka Sansone “Keşlə” üzərində qələbədən sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, hücumçu start heyətində və ya sonradan meydana daxil olmağın onun üçün elə bir fərqi olmadığını deyib:

“Komandaya yeni qoşulmuşam. Bununla belə, artıq uyğunlaşmağa başlamışam. Çox gözəl kollektivimiz var. Özümü burada çox yaxşı hiss edirəm. Matça gəlincə, yaxşı oyun nümayiş etdirdik. Şadam ki, qələbə qazandıq.

Əsas heyətdə kimin oynayacağına baş məşqçi qərar verir. Start heyətində və ya sonradan meydana daxil olmağımın mənim üçün elə bir fərqi yoxdur. Əsas odur hər oyuna hazır olub, komandama fayda verim”.

Həmin kateqoriyadan