Canni de Byazi: “Qarabağ” yerli oyunçulara sərmayə qoyan klubdur

Millinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlamasında deyib. Allsport.az saytı xəbər verir ki, o, öncə “Qarabağ”ın konfrans liqasının pley-ofunda “Marsel” ilə görüşlərə toxunub:

“Qarabağ”ın 6 futbolçusu Azərbaycan yığmasında əsas heyət üzvüdür. Onlar millinin oyununa əhəmiyyətli dərəcədə töhfə verənlərdir. Uzun illərdir ölkə çempionatının zirvəsindədirlər. “Qarabağ” yerli oyunçulara sərmayə qoyan klubdur. Fikrimcə, “Qarabağ”ı Fransa klubu ilə ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək”.

Mütəxəssis, millimiz barədə bunu deyib: “Yığmanın əksər üzvləri yerli çempionatda çıxış etdiyindən onların məşqlərini və oyunlarını izləyirəm. Millətlər liqasınadək Malta və Latviyaya qarşı 2 yoldaşlıq oyunu keçirmək imkanımız olacaq”.

Xatırladaq ki, Azərbaycan seçməsi martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.

Həmin kateqoriyadan