- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Kəpəz”in MTK Budapeşt ilə keçirdiyi yoxlama oyununu izləyənlər arasında olub. Allsport.az xəbər verir ki, italiyalı məşqçi ilə yanaşı, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, məşqçilər komitəsinin üzvləri, klubların rəsmiləri və məşqçiləri görüşü izləyib.
“Kəpəz”in idarə heyətinin sədri İlqar Nadiri və üzvü, millət vəkili Müşfiq Cəfərov da Gəncə klubunu tək qoymayıb. Matçdan sonra klub rəhbərliyi futbolçuları və məşqçilər korpusunu qələbə münasibəti ilə təbrik edərək, qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıb.