CAR Formula-1-ə qayıdır? “Hakimiyyət bunun oyun olduğunu anlasa da, tədbir görmədi”

Allsport.az saytı xəbər verir ki, 1967-1993-cü illərdə Cənubi Afrika Respublikası qran priyə ev sahibliyi edən Kyalami halqası təqvimə qayıtmaq istəyir. Keçmiş Formula-1 pilotu Codi Şekter bu xəbərə münasibət bildirib. O, 2023-cü ildə promouterlərin tamahı ucbatından mövsümə daxil olmadığını düşünür:

”Mən danışıqlarda iştirak etdim.Qardaşım oğlu Uorren Şekter 6-il bu layihədə çalışıb. Formula-1 ilə müqavilə imzalamağa çox yaxın idik. İş adamlarından biri hökuməti və ən varlı adamları tərəfindən dəstəklənsədə, böyük pullar ona zərər verdi.

Hakimiyyət bunun oyun olduğunu anlasa da, tədbir görmədi. Bu məsələ burada bitdi. Axırda bacım oğlu və hamımız bütün imkanlarımızıdan məhrum olduq”.

Həmin kateqoriyadan