- Baxış sayı: 40
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

“Bakıda Formula1 yarışını izləmək unudulmaz hissdir. Qran-pri əla təşkil olunub. Azərbaycan yüksək təşkilatçılıq qabiliyyətinə malik ölkədir”.
Allsport.az saytı xəbər verir ki, bu sözü SOCAR Azərbaycan mükafat yarışını izləmək üçün paytaxtımıza gələn CAR-lı turist Neon Marabi azərta.az-a deyib. Uzun illərdir Formula1-i izlədiyini deyən qonaq “Ferrari”nin azarkeşi olduğunu bildirib:
“Bakıya valeh oldum. Cənubi Afrika Respublikasından buraya uzun yolu qət edib gəlməyə dəyər. Ümid edirəm ki, Bakı bir azarkeş kimi mənə uğurlu olacaq. “Mersedes” komandası uduzacaq, “Ferrari” isə fəxri kürsüdə yer alacaq”.