- Baxış sayı: 15
- 26 Noyabr 2024 19:32
- Baxış sayı: 44
- Noyabr 26, 2024
- 0
“İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qalan oyunları düşünməliyik”. Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə qrup matçında Şimali İrlandiya futbolçularına 0:4 hesabı ilə uduzduqdan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Emin Mahmudovun əsas silahınız olacağını demişdiniz. Öz seçiminizdə yanılmadınız?
– Çex Respublikası komandası ilə müqayisədə 2 dəyişiklik etdim. Deməzdim ki, bugünkü oyunun problemi oyunla bağlı idi. Çatışmamazlıq onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu göstərməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə, 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun.
– Bizim qrupda Şimali İrlandiya və Almaniyanın 2 güclü komanda olduğu fikri ilə razısınız?
– Şimali İrlandiya gələn il Bakıya gələcək. Bu rəqib üstün cəhətlərindən istifadə edərək, qollarını vurdu.
– Əfran İsmayılovun sonadək meydanda qalması və Ağabala Ramazanovun sonda meydana buraxılması nə ilə bağlı idi?
– Mən gələnədək Ağabala millidə elə də çox oynamırdı. Əfran isə elə futbolçudur ki, ondan qeyri-adi oyun gözləmək olar. İkinci hissədə Dəniz Yılmaza ötürməsini hamınız gördünüz. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Əfranın o ötürməsi nəticə versəydi, hesab 1:2 olacaqdı. Rəqibin üstün tərəflərini bilirdik. Bu gün rəqib güclü idi. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyüm işlərdən razıyıq. Hələlik, 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik. Əfranı ona görə saxladım ki, sonadək nə isə edəcəyinə ümidli idim. Amma 0:4 hesabı ilə uduzduqdan sonra belə sualları normal qəbul edirəm.