- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün “Qarabağ” avroliqanın 1/8 finalında paytaxtda Almaniyanın “Bayer” klubu qarşı ilk matçda 2:2 etdi. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söylədi:
“Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu cür soyuq havada böyük izdiham yaratmışdılar. Bu gün qalib də gələ bilərdik. Son dəqiqədə üstünlüyü əldən verdik.
Bunca rəqibə qarşı eyni tempdə mübarızə aparmaq çətindir. Oyunun sonunda futbolçularımız yoruldu. Üstəlik, “Bayer”də dəyişikliklər oldu. Bu özünü oyunda göstərdi və onlar geridönüş edə bildilər.
Cavab matçına daha yaxşı hazırlaşmalıyıq. Bu gün Romao və Elvinin olmaması da təsirini göstərdi”.