- Baxış sayı: 21
- 06 Fevral 2026 23:16
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

“Qəbələ” Sloveniyada yeni mövsümə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” toplanışın 12-ci gününü arxada qoyub. Komanda günü bir məşqlə yekunlaşdırıb.
Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşq prosesi fiziki və toplu çalışmalardan ibarət olub. Ardınca futbolçular ikitərəfli oyun keçirib.
Zədəyə görə komandaya iyunun 27-dən qoşulan Cavid Hüseynov bərpa xarakterli çalışmaları davam etdirib. Yarımmüdafiəçi topsuz, fərdi fiziki çalışmaları yerinə yetirib.