- Baxış sayı: 113
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Alanyaspor”la qarşılaşıb. Oyun 2:0 hesabıyla elazığlıların xeyrinə başa çatıb. Cavid start heyətdə çıxdığı oyunun 80-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “Elazığspor” hazırda 19 xalla 6-cı pillədə qərarlaşıb.