Cavidan Əlizadə: Azərbaycanı Formula1-də təmsil etmək barədə düşünürəm

Kartinqdə bir neçə qələbə qazanan Cavidan Əlizadə təcrübəsini artırmaq üçün Malayziyaya yollanıb. Allsport.az saytı xəbər verir ki, Kuala-Lumpurda Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşən həmyerlimiz, F4 Asia seriyasının sınağına dəvət alıb. F-1.az-ım məlumtına görə, o, ilk cəhddən sonra bunu deyib:

“Əslində Avropada təcrübəmi artırmağı düşünürdüm. Amma keçən ilin noyabrında Bakıda səfərdə olan Daniel Rikkardo ilə görüşüm zamanı onun dəyərli məsləhətinə qulaq asmağı qərara aldım. Daniel mənə Asiyaya və ya Avstraliyaya üz tutmağı məsləhət gördü. Mən də internetlə axtardım, Tomsonla əlaqə qurdum və dəvətini qəbul edərək Kuala Lumpura gəldim.

Fiziki hazırlığımı yoxladılar və çox razı qaldılar. Trasda ilk testlərə qatıldım. Elə ilk cəhdimdən maşına dərhal öyrəşdim. Hər dövrə nəticələrimi də yaxşılaşdırdım. Hazırda mühəndislərlə iş prinsipini öyrənirəm. Əgər normal nəticələr göstərsəm, böyük ehtimalla bu seriyada yarışacağam. Əlbəttə, hər bir sürücü kimi, mən də nə vaxtsa, ölkəmizi Formula 1-də təmsil etmək barədə düşünürəm”.

Həmin kateqoriyadan