Cazibədar minidə Şakirə, Messinin şişmiş ayağı, izdiham və iğtişaşlar – FOTO

İyulun 15-nə keçən gecə 2024-cü il Amerika kubokunun Argentina – Kolumbiya finalı baş tutub. Allsport.az saytı xəbər verir ki, görüş əlavə vaxtda argentinalıların qələbəsi ilə yekunlaşıb – 1:0. Stadiondan kənarda baş verən hadisələrdən sonra yaranan iğtişaşlar səbəbindən oyun 80 dəqiqəlik gecikmə ilə başlayıb.

Arenanın girişlərinə bileti olmayanlar da daxil olmaqla minlərlə azarkeş toplaşıb. Bəzi pərəstişkarları içəri keçə bildilər, təhlükəsizlik xidməti insan axınının öhdəsindən gələ bilmədi. İzdiham nəticəsində xəsarət alanlar olub, onlara tibbi yardım göstərilib.

Matçın fasiləsində kolumbiyalı ulduz müğənni Şakirə çıxış edib. Lionel Messi zədəlidir. O, epizodların birində ayağını buruyub və meydanı tərk edib. Qələbə qolunu 112-ci dəqiqədə argentinalı Lautaro Martines vurub.

Argentina millisinin hücumçusu Anxel di Maria 2024-cü il Kubokunun finalında öz emosiyalarını saxlaya bilməyib. Onun üçün bu matç milli komanda üçün sonuncu, Messi üçün isə Amerika kubokunda sonuncu olub. Kolumbiyalı kapitanı Xames Rodriges turnirin ən yaxşı oyunçusu seçilib.

Həmin kateqoriyadan