FOTO
Cazibədar polşalı hakim futbol üçün darıxır

Dünyanın ən gözəl qadın hakimi hesab edilən polşalı Karolina Boyar futbol üçün darıxır. Allsport.az xəbər verir ki, 22 yaşlı referi koronavirusa görə tətbiq edilən karantin günlərində hakim biliklərini artırmağa çalışır.

O, fərdi məşqlə məşğul olur, oyunları analiz edir və formada qalır.

Karolinanı futbolla ilk dəfə keçmişdə futbolçu olan atası tanış edib. Hakimlik Karolinanın yeganə işi deyil. Xanım referi Varşavada hüquq fakültəsində təhsil alır.

Gənc referinin “Instagram”da 164 min izləyicisi var.


Həmin kateqoriyadan