- Baxış sayı: 34
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 120
- Noyabr 28, 2024
- 0
UEFA-nın prezidenti Aleksander Çeferin Avropa kuboklarında səfər qolu qaydasının ləğvi ilə bağlı danışıb. Allsport.az xəbər verir ki, o, yeni qaydanın daha maraqlı olacağını deyib:
“Səfər qolu qaydası 1965-ci ildən tətbiq olunan UEFA yarışlarının ayrılmaz hissəsi idi. Amma bu qaydanın ləğvi son bir neçə il ərzində qurumun müxtəlif iclaslarında müzakirə edilib. Ümumi fikir birliyi olmasa da, bir çox məşqçi, azarkeş və digər maraqlı tərəflər bu qaydanın ləğv edilməsinin lehinə idi.
Komandalar ilk oyunlar zamanı rəqiblərinə üstünlük verə biləcək səfər qolundan qorxduqları üçün hücum etməyə çəkinirdilər. Qonaq komanda fərqləndikdən sonra ev sahiblərinin 2 qol vurmaq məcburiyyətində qalması haqsızlıq sayılırdı və buna görə xeyli tənqidlər var idi. Bu qaydanın ləğvindən sonra ev üstünlüyü əvvəlkitək önəm daşımayacaq. Bütün amilləri nəzərə alan UEFA İcraiyyə Komitəsi düzgün qərar verdi”.
1965-ci ildən bəri UEFA-nın təşkil etdiyi turnirlərdə ev-səfər matçlarında bu qayda tətbiq olunur. Bu qaydaya əsasən, iki matçın nəticəsinə görə, hesab bərabərdirsə, səfər matçında çox qol vuran komanda qalib olur.
Yeni qaydaya əsasən, iki oyundan sonra qalib müəyyənləşməsə, əlavə vaxt (30 dəqiqə) oynanılacaq. Əgər əlavə vaxtda qalib bəlli olmasa, penaltilər seriyası təşkil ediləcək.