- Baxış sayı: 27
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, Britaniyanın “Aston Martin” komandası yeni tərəfdaşı haqqında danışıb. Kommersiya direktoru Cefferson Slek fikrini belə bölüşüb: ”Biz “Səudiə” hava yollarının bizə qoşulmasına çox şadıq.Ciddədə keçiriləcək yarış ərəfəsində yeni tərəfdaşlığımızı elan etməkdən məmnunuq. Təbii ki, Formula-1 yarışları ilə hava səyahəti dünyasının strateji müttəfiqliyi yaranıb.
Biz bu sahədə birgə işləyərək,yer kürəsi ətrafında karbon məsələsinə effektiv nəzarət etmək üçün qüvvələri birləşdirəcəyik. ”Səudiə” nın tərəfdaşlarımız sırasına əlavə olunması Formula-1 yarışlarının qlobal səhnədə şirkətlərə təqdim etdiyi marketinq imkanlarını vurğulamaqla yanaşı, brendin gücünü və cəlbediciliyini xüsüsi ilə vurğulayır.
”Səudiə” ilə birlikdə azarkeşlər üçün müsabiqə elan edilib. Onun qalibləri bu aviaşirkətin təyyarəsinin uçduğu yarışlarından birinə baş çəkə və “Aston Martin” komamdasının AMF1-in qonağı olmaq imkanı qazanacaqlar”.