- Baxış sayı: 96
- 11 Fevral 2026 23:26
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

İngiltərə nəhəngləri “Çelsi” və “Mançester Yunayted” Norveçin “Tromsö” klubunun mərkəz müdafiəçisi Abubakarr Kinte ilə yaxından maraqlanır.
Allsport.az xəbər verir ki, klublar 19 yaşlı Qambiya millisinin üzvünü yay transfer pəncərəsi üçün əsas hədəflərdən biri kimi görürlər.
“Tromsö” bu transferdən təxminən 4,6 milyon avro qazanmaq niyyətindədir.
2025-ci ilin martından Norveç təmsilçisində çıxış edən Kinte, keçirdiyi 25 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2029-cu ilin sonuna qədərdir.