- Baxış sayı: 29
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Keçmiş nigeriyalı futbolçu Maykl Emenalo Səudiyyə Ərəbistanı liqasının futbol əməliyyatlarının direktoru təyin ediləcək.
Allsport.az xəbər verir ki, Emenalo 1985-1995-ci illərdə Nigeriya millisində 14 oyun keçirib, Belçika, Almaniya, İspaniya və Amerika komandalarında çıxış edib.
2010-cu ildə Maykl “Çelsi”də köməkçi məşqçi olub, 2011-ci ildə isə komandanın texniki direktoru vəzifəsinə keçib və 2017-ci ilə qədər orada çalışıb. 2017-2019-cu illərdə Emenalo “Monako”nun texniki direktoru olub.
Emenalonun “Çelsi”də olduğu müddətdə klub üç dəfə premyer liqanın qalibi olub, 4 dəfə İngiltərə kubokunun qalibi olub, həmçinin çempionlar liqası və Avropa liqasının qalibi olub.