- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi internetdə tanış olduğu model qıza təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb. Allsport.az xəbər verir ki, 19 yaşlı futbolçunun evində olan qız polisi və tibbi yardımı köməyə çağırıb. Qız xəstəxanaya çatdırılıb, futbolçu isə bölməyə aparılıb.
“Təcili tibbi yardımla xəstəxanaya aparılan qız təcavüzə məruz qaldığını bildirib. Şübhəli şəxs evdə tutuldu. O, girov müqabilində həbsdən çıxdı”, – polis nümayəndəsi bildirib.
“Çelsi” futbolçusu ilə bağlı açıqlama verməkdən imtina edib. London təmsilçisi hadisə araşdırıldıqdan sonra futbolçu ilə söhbət edəcək. Odoi bir müddət öncə koronavirusa yoluxmuşdu.
İstintaq davam edir. Əməliyatçılar artıq oyunçunun evində axtarış aparıblar və iyun ayında Hadson yenidən ifadə verməlidir.