Cennifer Lopezin konserti stadionları yararsız hala saldı – FOTO

Məşhur müğənni Cennifer Lopezin Özbəkistan və Ermənistanda verdiyi konsertlərdən sonra futbol stadionlarının vəziyyəti qalmaqala səbəb olub.

Allsport.az xəbər verir ki, Daşkənddəki “Bunyodkor” arenasında keçirilən şoudan sonra yaşıl meydança tamamilə sıradan çıxıb. Stadionun aqronomu bildirib ki, otun bərpası üçün ən azı iki ay vaxt və böyük maliyyə vəsaiti lazımdır. Zədələnən drenaj sistemi isə yenidən qurulmasını tələb edir.

Eyni vəziyyət Lopezin İrəvanda çıxış etdiyi stadionda da yaşanıb. Sentyabrda Portuqaliya yığmasını qəbul edəcək Ermənistan hazırda meydanın yararsız vəziyyəti ilə üz-üzədir.

Mütəxəssislər qeyd edirlər ki, belə konsertlərdən sonra ot örtüyünün bərpası üçün azı bir ay vaxt lazımdır. Həm Özbəkistan, həm də Ermənistan yığma komandaları oyunlarını keçirmək üçün yeni çıxış yolları axtarır.

Həmin kateqoriyadan