- Baxış sayı: 9
- 26 Noyabr 2024 17:48
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Çex Respublikasına qarşı keçirəcəyi görüşün hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, bu matçı Sloveniyadan olan referi briqadası idarə edəcək. Baş ədalət təmsilçisi Matey Yuq olacaq.
Ona yan xətt hakimləri Tomaş Klaçnik və Manuel Vidali kömək edəcək. Dördüncü hakim funksiyasını Mitay Jqaniç yerinə yetirəcək.
Çex Respublikası – Azərbaycan oyunu oktyabrın 11-də Ostrava şəhərindəki “Vitkoviçe” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.