- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 17-ci turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Kəpəz” məşqlərini davam etdirir. Allsport.az xəbər verir ki, cənub səfəri öncəsi komandanın heyətində zədəli futbolçu var.
Ceyhun Cavadov hazırlıq prosesində iştirak edə bilmir. Gənc yarımmüdafiəçidən fərqli, Şəhriyar Əliyev və Budaq Nəsirovun durumu yaxşıdır. Fərdi çalışan hər iki futbolçu artıq komanda ilə birgə məşqlərə qoşulub. Onların “Xəzər Lənkəran”a qarşı matçda oynayıb-oynamayacağı oyun günü məlum olacaq.
Qeyd edək ki, bir müddət zədəli olan Şəhriyar Əliyev ötən tur “Rəvan”la oyunda “sarı-göylər”ə kömək edə bilməyib.