- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Formula-1 şirkətlər qrupunun baş icraçı direktoru Çeys Keri Bakı Şəhər Halqası əməliyyat şirkətinin və Azərbaycanın aparıcı iş-ticarət qurumlarının təmsilçilərinin iştirakı ilə “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları-2018” mövzusunda 2-ci beynəlxalq konfransda nitq söyləyib. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbir Azərbaycan Avtomobil Federasiyası və ölkəmizdə Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilib. Toplantıda qonaq Formula1-in gələcəyi ilə əlaqədar şəxsi fikirlərini bölüşüb. O, həmçinin bu avtoidmanın və onun çox sayda qlobal tərəfdaşının bir araya gələrək uzun müddət yaddaşlarda qalacaq ən yüksək səviyyəli çempionatı keçirməyə dair gələcək planlarından danışıb:
“İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları mövzusunda ikinci dəfə yüksək səviyyədə keçirilən konfransda çıxış etmək üçün Bakıya dəvət edilməyim mənim üçün böyük şərəfdir. Formula 1-in gələcəyinə dair yeni baxışlarımızın mərkəzində duran əsas məsələlərdən biri qran-pri yarışlarının təşkilatçıları ilə daha sıx işləmək və qarşılıqlı əməkdaşlıq imkanlarını daha da genişləndirməkdir. Bu gün bir daha aydın oldu ki, Formula1 ona evsahibliyi edən şəhərə iqtisadi, sosial və mədəni baxımdan çox müsbət təsirlər göstərməkdədir. Biz bu möhtəşəm idmanın gücündən istifadə etməklə son iki il ərzində Bakının timsalında qazanılmış uğuru və inkişafı yarışın keçirildiyi hər bir yerdə təmin etmək üçün tərəfdaşlarımıza dəstək olmağa davam edəcəyik”.