- Baxış sayı: 28
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0
Son bir həftə ərzində təqvim bir anda 4 mərhələni, o cümlədən, Azərbaycan qran-prisini itirdi. Allsport.az saytı xəbər verir ki, burada son vaxtlara qədər mövsümün başlaması planlaşdırılırdı, lakin Formula1-in icraçı direktoru Çeyz Keri tam bir mövsüm keçirəcəyinə ümidini ifadə edən açıq məktub dərc edib:
“Bu həftə 10 komanda, Formula1 və FİA qüvvələrini birləşdirərək, koronavirus pandemiyasına cavab olaraq sürətli və qətiyyətli hərəkətə keçiblər. Hal-hazırda heç kim vəziyyətin nə vaxt yaxşılaşacağını təsəvvür etməsə də, mütləq yaxşılaşacaq və bu baş verəndə, yarışlarda iştirak etməyə hazır olacağıq. Hamımız azarkeşlərə 2020-ci ilin tam mövsümünü verməyə çalışırıq.
Anlayırıq ki, daha çox planlaşdırılan yarışlar təxirə salına bilər, amma biz və tərəfdaşlarımız mövsümün bu yay başlayacağına və 15-18 mərhələni əhatə edəcəyinə ümid edirik.