- Baxış sayı: 30
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 100
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun rəhbəri 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyundan razı qaldım. Futbolçular yaxşı oynadılar. Bu matç Əsgər Abdullayevin “Neftçi”nin sükanı arxasındakı ilk oyunu idi. Qalib gəldiyimizə görə sevinirəm. İlin sonuna qədər baş məşqçimiz bizimlədir. Görək, növbeti oyunlarımız necə olur”.