- Baxış sayı: 6
- 25 Noyabr 2024 11:20
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun sabiq rəhbərliyinin əvvəlki borclarla bağlı açıqlamasına münasibət bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Tahir Süleymanov çox sağ olsun ki, dediklərimə münasibət bildirməklə borcların yaranma səbəblərini də açıqlamış oldu. Futbolçular 2013/2014-cü il mövsümündə keçirilmiş final oyununa görə müqavilələrində yazılmış mükafatları hələ indiyə kimi də almayıblar. Tahir Süleymanov düz deyir ki, onların çemodanında siçan da yox idi. Futbolçular bu günə kimi də həmin siçanları axtarırlar ki, pullarını alsınlar”.