- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Gələn ilin martında keçiriləcək AFFA-nın İcraiyyə Komitəsinin toplantısında mühüm dəyişikliklər olacaq. Bu barədə allsport.az saytına məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, AFFA prezidenti Rövnəq Abdullayevin çoxdan bəri idman ictimaiyyətində dolaşan getmə xəbəri, həmin toplantıda gerçəkləşəcək. Qurumun başına yeni rəhbər ənənə əsasında keçəcək. Yəni, «Neftçi» klubu vasitəsilə.
Son dövrdə «Boz evə» prezident seçilənlər flaqmanın rəhbər postundan gəliblər. Mərhum Ramiz Mirzəyev, indiki prezidenti Rövnəq Abdullayev zamanında «ağ-qaralar»ın başında olublar. SOCAR sədri ötən ilin martında «Neftçi»nin keçmiş prezidenti Sadıq Sadıqovu AFFA-ya ən yüksək posta gətirtmək istəyib. Amma «yuxarılar» adı son çəkilən idman adamını qəbul etmədiyindən, bu keçid baş tutmayıb.
8-qat ölkə çempionunun hazırkı prezidenti Çingiz Abdullayev bayradara ele-belə gətirilməyib. Onun yüksək dairədə böyük nüfuzu var. Hər şey dəqiq hesablanıb. Bu ehtimal futbol ictimaiyyətinə bir müddət əvvəl yayılıb. Məhz həmin səbəbdən PFL prezidenti Ramin Musayev ölkə çempionatının 6-cı turunda keçirilmiş «Qarabağ» – «Neftçi» oyununa qonaqlara təyin edilən yersiz penaltidən sinirlənən Çingiz Abdullayevi ovundurmaq üçün, yollar arayır, tədbir fikirləşir.
Mart toplantısında İK üzvlüyündə dəyişikliklər də gözlənilir. İddia olunur ki, Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev komitəyə seçilməyəcəklər. Adı ilk çəkilən şəxsin durumu bəllidir. «Bakı» aşağı dəstəyə düşdüyündən, AFFA-da bəzi başbilənlər klub rəhbərini İk-də görmək istəmirlər. Rövnəq Abdullayev postunda gedəcəyi halda, bu, real görünə bilər. Əks halda, «Boz evi»in indiki prezidenti uşaqlıq dostunu çətin vəziyyətdə qoymaz.
Gəzən söz-söhbətdə, AFFA Rauf Əliyevin nəzarətində olan Alman Futbol Məktəbi və «Cross Culture» layihələrini dayandırdığı deyilir. Sportinfo.az-ın yazdığına görə, millət vəkili bu işdə bir milyon manatlıq maxinasiyada ittiham olunur. Nəzərinizə çatdıraq ki, Cahangir Hacıyev İcraiyyə Komitəsinə Bakı Futbol Federasiyasından, Hafiz Məmmədov «Bakı», Rauf Əliyev «Neftçi» klublarından seçiliblər.