- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Beynəlxalq muğam mərkəzində milli olimpiya komitəsi, mədəniyyət nazirliyi və İtaliya milli olimpiya akademiyasının “Culio Onesti” fondunun birgə təşkilatçılığı ilə “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılışı olub.
Allsport.az saytı xəbər verir ki, mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, İtaliyanın Azərbaycandakı səfiri Claudio Taffuri və İtaliya MOK-nun vitse-prezidenti, “Culio Onesti” fondunun idarə heyətinin üzvü, xizəksürmə üzrə keçmiş olimpiya çempionu Klaudia Cordani iştirak ediblər.