Çingiz Hüseynzadə: “Federasiyaları diqqətli olmağa çağırıram”

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun tədbirində açıqlama verib. Allsport.az xəbər verir ki, o, olimpiya oyunlarına hazırlıqdan danışıb:

“Tokio oyunlarının başlamasına 1 aydan az vaxt qalır. Bu olimpiada digərlərindən fərqlənir. Problem başqadır. Bir il oyunlar gecikdi. Koronavirus pandemiyası, üstəgəl antidopinq məsələsi. Biz lazım olan bütün zəruri işləri həyata keçirmişik. Fəaliyyətimizi elə qurmalıyıq ki, sabah Tokioda problem yaşamayaq. Bu məsələdə federasiyaları diqqətli olmağa çağırıram.

Olimpiya kəndindən çıxmaq yasaq olmayacaq. Amma ora dönən idmançı birbaşa karantinə göndəriləcək. Demək, özümüz-özümüzə nəzarət etməliyik. Üstəlik, öncələr, olimpiya oyunlarına çarter reysi ilə yollanırdıq. Bu dəfə buna təşkilatçılar tərəfindən məhdudiyyət var. Biz bilməyəcəyik komandalar ora necə catacaq. Nəzərə alaq ki, bir neçə ölkədən keçib Yaponiyaya çatmalıyıq”.

Həmin kateqoriyadan