- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

UEFA-nın rəsmi saytında çempionlar liqasının 2023/2024-cü il mövsümünün final mərhələsinə biletlərin qiyməti açıqlanıb.
Allsport.az xəbər verir ki, ÇL finalı 2024-cü il iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
Ən ucuz biletin qiyməti 60 funt-sterlinq (70 avro) olacaq və finalçı komandaların azarkeşləri üçün nəzərdə tutulub. Bu kateqoriyaya 25 min bilet ayrılacaq.
Digər futbol azarkeşləri £160 (təxminən 187 avro) ilə 610 funt sterlinq (təxminən 712 avro) arasında dəyişən 60 000 bilet ala biləcəklər.